Ermənistanda koronavirusdan ölənlərin sayı artır

© Sputnik / Alexey Maishev / Mediabanka keçidПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda isə daha 8 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1145-ə çatıb.

BAKI, 28 iyul — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 37629-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 239 nəfər artıb.

Ermənistanda son gündə daha 8 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 719-a çatıb. Xəstəlikdən sağalanların sayı 27357 olub. Hazırda bu ölkədə 9330 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 8 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1145-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 16,4 milyonu keçib, 654 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0