Koronavirusdan ölənlərin sayı daha bir psixoloji həddi keçdi

© REUTERS / JEENAH MOONСитуация в связи с эпидемиологической обстановкой в США
Ситуация в связи с эпидемиологической обстановкой в США - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 16 482 592-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 654 103 nəfər vəfat edib, 9 575 120 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 4 milyon 290 min 263 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 816 680 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0