CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TikTok istifadəçilərinə şad xəbər - İki milyon dollar...

© Depositphotos.com / JosekubeИконка на экране смартфона социальной сети TikTok
Иконка на экране смартфона социальной сети TikTok - Sputnik Azərbaycan
Abunə olmaq
Proses ilk olaraq Amerikada başlayacaq. TikTokun rəhbəri Vanessa Pappas bildirib ki, yaradıcı materiallar çəkən istifadəçilər izləyiciləri ilə daha yaxın münasibət qura biləcəklər.

BAKI, 25 iyul — Sputnik. Dünyanın ən böyük video tətbiqlərindən olan TikTok ilk olaraq ABŞ-da TikTok ulduzlarına 2 milyon dollar verəcək. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir. Qurum hələ neçə istifadəçisinə və nə qədər pul verəcəyini açıqlamayıb. Pul almaq üçün istifadəçilər 18 yaşından böyük olmalı və orijinal material istehsal etməlidirlər.  Müraciət edənlərin müəyyən qədər təqibçisi olmalıdır. Ancaq bu say da hələ müəyyən edilməyib.

Proses ilk olaraq Amerikada başlayacaq. TikTokun rəhbəri Vanessa Pappas bildirib ki, yaradıcı materiallar çəkən istifadəçilər izləyiciləri ilə daha yaxın münasibət qura biləcəklər.

Qeyd edək ki, Youtube 1000-dən çox abunəçisi olan və izlənmə vaxtı son bir ildə 4000  saatı keçən kanallarln reklam almasına icazə verir.

Xəbər lenti
0