Koronavirusdan ölənlərə görə bayraqlar endiriləcək

© REUTERS / VLADIMIR PIROGOVЗахоронение человека скончавшийся от COVİD-19, фото из архива
Захоронение человека скончавшийся от COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Bir daha dünyanı dəyişənlərin ailələrinə dərin hüznlə  başsağlığı verirəm. Zərər çəkmiş bütün həmvətənlərimə dözüm arzulayıram. Dünyasını dəyişənlərin qəbri nurla dolsun” - deyə prezident bildirib.

BAKI, 25 iyul — Sputnik. Qırğızıstdanda 30 iyul koronavirusdan dünyasını dəyişənlər üçün milli matəm günü elan edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin prezidenti Sooronbay Jeenbekov öz müsahibəsində bildirib.

“Vaxtından əvvəl demək istəmirdim, ancaq söhbət açıldığı üçün məlumat verməyi vacib hesab edirəm.  İyulun 31-də biz Qurban bayramını qeyd edəcəyik, iyulun 30-da isə bütün ölkədə matəm elan ediləcək. Bu barədə əmr veriləcək” - deyən prezident əlavə edib ki, hər bir qırğızın itkisi ürəyində əks-səda verir.

“Bir daha dünyanı dəyişənlərin ailələrinə dərin hüznlə  başsağlığı verirəm. Zərər çəkmiş bütün həmvətənlərimə dözüm arzulayıram. Dünyasını dəyişənlərin qəbri nurla dolsun” - deyə prezident bildirib.

Xatırladaq ki, son məlumatlara görə, Qırğıstandan 32 min koronavirus yoluxması qeydə alınıb, 19 min nəfər sağalıb, 1249 nəfər ölüb.

Xəbər lenti
0