Quyuya su tökməsən, quyu sulu olmaz... – Bakı kəndləri ənənəvi mənbədən məhrum olublar

© Azersu Open Joint-Stock CompanyВодные резервуары, установленные в Нефтчале
Водные резервуары, установленные в Нефтчале - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert bildirib ki, əvvəllər qazılan quyulardan şirin su çıxırdı, həmin sudan içmək üçün istifadə edilirdi. İndi isə demək olar ki, bu, yoxa çıxıb. Səbəb isə Bakı bağlarında əhalinin artmasıdır

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 iyul — Sputnik. Son illər ölkədə quraqlıq müşahidə edilir. Yağıntıların az olması nəticəsində Kürün səviyyəsinin enməsi, bir neçə kiçik çayın ümumiyyətlə quruması, Mingəçevir su anbarında suyun səviyyəsinin azalması buna bir sübutdur. Ancaq son zamanlar vətəndaşları başqa bir problem narahat etməyə başlayıb.

Водные резервуары, установленные в Нефтчале - Sputnik Azərbaycan
Bakıda su qıtlığı yaranıb - Səbəb açıqlandı

Əvvəllər Bakı kəndlərin suvarma və içmə üçün quyu sularından istifadə edilib. İndi isə vətəndaşlar deyir ki, qazdıqları quyulardan belə, su çıxmır.

Bakı sakini Mövsüm Kərimovun sözlərinə görə, bir neçə ay əvvəl həyətində quyu qazdırmaq istəyib.

"Quyuqazanla 50 manata danışmışdım. Amma adam 4 metr qazdı, su çıxmadı. Təsəvvür edin, 8 metr qazdıqdan sonra su çıxmağa başladı. Mən əlavə xərcə düşməli oldum", – deyə o bildirib.

Su problemləri məsələləri üzrə ekspert, professor Fərzəli Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı şəhərinin torpağı rayonlardakı torpaqdan fərqlidir: "Üzəri qumdur, bir qədər qazırsan gil çıxır. Həmin gil isə linzavaridir. Əvvəllər qazılan quyulardan şirin su çıxırdı, həmin sudan içmək üçün istifadə edilirdi. İndi isə demək olar ki, bu, yoxa çıxıb. Səbəb isə Bakı bağlarında əhalinin artmasıdır. Adam var ki, arvad-uşağı üçün hovuz tikib, doldurur, iki-üç gündən bir də hovuzun suyunu yeniləyir. Bu da təbii ki, su itkisinə, suyun yoxa çıxmasına gətirib çıxarır".

F.Həsənov əlavə edib ki, yeraltı olan qrunt sularının səviyyəsi qalxıb və yeraltı qrunt suları ilə şirin su bir-birinə qarışıb.

"Təmiz, şirin suyun 1 litrində 1 qram duz olur. Belə su şirin-içməli sudur. Duzun miqdarı artdıqca, sudan istifadə etmək olmaz. Abşeronda qrunt sularının minerallığı çoxdur. Suyun minerallığı artdıqca bu sudan heç ağac suvarmaq üçün də istifadə etmək olmaz. Hazırda çox az sayda quyu var ki, onun suyu şirin olsun", – deyə o bildirib.

Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Su qədər ömrün olsun: Tağıyevin əməllərini indi elə savabla yaşadırlar - FOTO

Ekspert bildirir ki, bütün bu hallar nəticəsində əvvəllər şirin su çıxan quyulardan sonradan şor su çıxa bilər.

Ekoloq Cəmşid Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeraltı suların mövcudluğu yerüstü sularla əlaqəlidir. Yəni yağıntı suları, suvarma zamanı yerin səthindən axan suları qrunt sularını əmələ gətirir: "Ancaq quyuların suyu azalıb fikrini ölkənin bütün bölgələrinə şamil etmək olmaz. Bu ancaq suvarmanın az olduğu ərazilərdə özünü biruzə verə bilər. Və bildiyiniz kimi elə ərazilər var ki, yağıntılar da həmin ərazilərdə azdır. Yerin səthində su olmadığına görə, yerin altında da su yoxdur. Suvarılmayan ərazilərdə subartezian suları, qrunt suları ümumiyyətlə olmayacaq. İntensiv suvarmaların aparıldığı ərazilərdə isə subartezian quyularının suyundan təkrar istifadə etmək mümkündür".

Ekspert əlavə edib ki, kənd təsərrüfatı təyinatlı ərazilər olmadığı yerlərdə yeraltı sular da olmur. Onun sözlərinə görə, şəhər ərazilərində sular kanalizasiya vasitəsilə dənizə axıdıldığından, torpağa hopmur.

Xəbər lenti
0