07:04 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Polis Zeynəbin izahatını alan zaman keçmiş baş nazir hadisə yerinə gələrək, izahata mane olmağa çalışıb və Zeynəb Çilləri "əks halda uşaqlarını bir daha görməyəcəksən" deyə hədələyib.

BAKI, 23 iyul — Sputnik. Türkiyənin keçmiş baş naziri Tansu Çillərin oğlu həyat yoldaşını döydüyü üçün məhkəməyə verilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mərt Çillərin həyat yoldaşı Zeynəb Çillər boşanma və uşaqlarının ona verilməsi üçün məhkəməyə müraciət edib.

Qabırğaları qırılana qədər döyüldüyünü iddia edən Zeynəb Çillər müraciətində qeyd edib ki, o, Mərtlə 2009-cu ildə ailə həyatı qurub. Onların 5 və 10 yaşlı iki övladı var.

Z.Çillərin iddialarına görə, Mərt Çillər son zamanlar spirtli içkilərə və narkotikay aludə olub və onu tez-tez döyürmüş.

Mayın 5-də Mərt Çillər uşaqlarının gözü önündə Zeynəb Çilləri döydükdən sonra cütlüyün işi məhkəməlik olub.

İddialara görə, Mərt Çillər Zeynəbi saçından sürüyərək divardan-divara çırpıb, evdəki əşyaları qırmağa başlayıb.

Zeynəb Çillər uşaqlarını da götürərək qonşulara sığınıb və polisə müraciət edib.

Polis Zeynəbin izahatını alan zaman keçmiş baş nazir hadisə yerinə gələrək, izahata mane olmağa çalışıb və Zeynəb Çilləri "əks halda uşaqlarını bir daha görməyəcəksən" deyə hədələyib.

Zeynəb Çillər İstinye Dövlət Xəstəxanasına gedərək ekspertiza rəyi alıb.

Əsas mövzular