00:50 27 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində  “Məzun evi” Sosial Müəssisəsi dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün nəzərdə tutulmuş yaşayış evidir.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan 

BAKI, 23 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) yanında “Məzun evi” Sosial Müəssisəsinə yeni direktor təyin olunub. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, “Məzun evi” Sosial Müəssisəsinin keçmiş direktoru Rüxsarə Axundova Nazirlikdə yeni işə təyin edilib. "Məzun evi” Sosial Müəssisəsinə Rza Əhmədov təyin edilib. Məlumatı  "Məzun evi” Sosial Müəssisəsindən təsdiqləyiblər.

Qeyd edək ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində  “Məzun evi” Sosial Müəssisəsi dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün nəzərdə tutulmuş yaşayış evidir.

 

Əsas mövzular