23:57 20 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
8 0 0

Nazirliyin innovativ nailiyyətlərindən olan e-pensiya, e-müavinət və e-təqaüd sistemləri vətəndaşlara 2 növdə pensiya, 19 növdə müavinət-təqaüd təyinatını onların müraciəti, nəticədə məmur-vətəndaş təması olmadan, proaktiv qaydada aparmağa imkan yaradıb.

BAKI, 23 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin geniş funksional imkanlara malik "e-sosial" internet portalına ictimai maraq artmaqda davam edir. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bunun göstəricisi kimi, bu ilin yanvar-iyun aylarında portalın aktiv istifadəçilərinin sayı artaraq 666 minə çatıb.

Nazirliyin innovativ nailiyyətlərindən olan e-pensiya, e-müavinət və e-təqaüd sistemləri vətəndaşlara 2 növdə pensiya, 19 növdə müavinət-təqaüd təyinatını onların müraciəti, nəticədə məmur-vətəndaş təması olmadan, proaktiv qaydada aparmağa imkan yaradıb. Bu e-sistemlər vasitəsilə bu ilin 6 ayında 53 min nəfərə, ümumilikdə ötən dövrdə isə 85,1 min nəfərə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub. 15 növdə e-arayış xidməti vasitəsilə bu ilin ilk yarımilində 324 min insana elektron qaydada arayışlar verilib, e-SSN xidməti vasitəsilə 120 min şəxsə isə elektron qaydada fərdi hesab açılıb.

Əsas mövzular