CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİM koronavirus infeksiyası ilə əlaqədar çatbot hazırlayıb

© Sputnik / Murad OrujovБаку за день до ужесточения карантинного режима
Баку за день до ужесточения карантинного режима - Sputnik Azərbaycan
Abunə olmaq
DİM tərəfindən sosial şəbəkə istifadəçiləri üçün koronavirus infeksiyası ilə əlaqədar "Özünü-yoxla – COVID-19" çatbotu (süni söhbət simulyasiyası) hazırlanıb

BAKI, 21 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə görülən tədbirlərə dəstək məqsədilə "Viber", "Facebook Messenger", "Telegram" sosial şəbəkə istifadəçiləri üçün çatbot (süni söhbət simulyasiyası) hazırlanıb.

Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib.

Bildirilib ki, çatbotun demo – sınaq versiyası istifadəçilərin ixtiyarına verilib.

Çatbot Mərkəzin İT mütəxəssisləri tərəfindən hazırlanıb və təmannasız olaraq Səhiyyə Nazirliyinə də təqdim olunub.

İstifadəçilər proqramın daha da təkmilləşdirilməsi üçün irad və təkliflərini press@dim.gov.az elektron poçt ünvanına yollaya bilərlər.

Çatbotun (@medazbot) hazırlanmasında məqsəd əhalinin COVID-19 infeksiyası haqqında maarifləndirilməsinə dəstək olmaq, müvafiq tibbi yardım üçün müraciət etmək barədə qərar verməkdə vətəndaşlara yardım etmək, həmçinin sorğuda iştirak edən şəxslərin qeydlərinə əsasən əldə edilən məlumatların "informasiya bazası" rolunu oynamaqla gələcəkdə atıla biləcək addımların müəyyən edilməsinə kömək göstərməkdir.

Smart tipli mobil telefon istifadəçiləri qeyd olunan onlayn mesajlaşma proqramlarında çatbot vasitəsilə məlumatları sual-cavab şəklində əldə edirlər.

Çatbota keçid üçün mobil telefonunuzda müvafiq proqramların axtarış bölməsində "@medaz" yazmaqla axtarış edə və ya aşağıdakı linklərdən istifadə edə bilərsiniz.

Viber:

viber://pa/info?uri=medazbot

Telegram:

https://t.me/MedazBot

"Facebook Messenger"də isə axtarış bölməsində "@medaz" yazmaq lazımdır.

Xəbər lenti
0