Yaponlar ölkədə fövqəladə rejimin tətbiq olunmasını tələb edirlər - SORĞU

© AFP 2023 / Charly TriballeauДевушка в маске в Токио
Девушка в маске в Токио  - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə Yaponiyada 24 min insan koronavirusa yoluxub, 19 min adam sağalıb, minə yaxın xəstə isə ölüb.

BAKI, 19 iyul — Sputnik. Yaponiyalıların 65%-dən çoxu koronavirusa yoluxmanın artması səbəbindən fövqəladə vəziyyət rejiminin tətbiq olunmasını tələb edirlər. Rusiya mətbuatı bildirir ki, Kiodo agentliyinin sorğusu bunu göstərir.

Eyni zamnda respondentlərin 28%-i belə radikal addımlara ehtiyac olmadığı qənaətindədirlər. Yaponiyalıların təxminən 60%-i hökumətin koronavirusla mübarizədə addımlarından naraazılıqlarını bildiriblər.

Yaponiyada bir neçə gün dalbadal gündəlik yoluxma sayı rekord həddədir. Ümumilikdə ölkədə 24 min insan yoluxub, 19 min adam sağalıb, minə yaxın xəstə isə ölüb.

Xəbər lenti
0