12:32 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
167 0 0

Kompüter modeli Aydakı maqmatik okeanın gözlənildiyindən 10 dəfə çox - 200 milyon il ərzində maye halında qaldığını sübut edib.

BAKI, 19 iyul — Sputnik. Almaniyanın Berlindəki aerokosmik mərkəzinin alimləri kompüter modelləşdirilməsi vasitəsilə Ayın doğum tarixini bərpa ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onlar bu araşdırma ilə bəzi ümumi qəbul edilmiş nəzəriyyələri pozublar.

Qeyd edək ki, Ayın Yerin protoplanet Teia ilə toqquşmasından sonra meydana gəldiyinə inanılır. Kosmik kataklizm nəhəng yer süxurlarının Yer orbitinə atılmasına səbəb olub. Onlar təbii peyk üçün "əsas" olub.

Mövcudluğunun ilk illərində Ay tamamilə əriyib. Alimlər magmatik okeanın nə qədər tez soyuması və bərkiməsi lazım olduğunu hesablayıblar. Tədqiqat çərçivəsində astronomlar Ay qabığının istilik keçiriciliyini, həmçinin magmada qaya hissəciklərindən istiliyi buraxması prosesini də öyrəniblər.

"Araşdırmaya görə, gənc Yer Günəş sistemi doğulandan 140 milyon il sonra protoplanetlə toqquşub. Hesablamalarımıza görə, bu 4.425 milyard il əvvəl baş verib", - deyə araşdırma müəllifləri qeyd edib.

Daha əvvəl aparılan araşdırmalar isə Ayın yaşını 4,51 milyard il olaraq təyin edirdi. Yeni məlumatlar göstərir ki, Ay Yerdə möhkəm bir daxili nüvənin meydana gəlməsi ilə eyni vaxtda yaranıb.

"Bu hadisələr arasında güclü bir əlaqə var, çünki Teianın nəhəng zərbəsi, ehtimal ki, nüvənin meydana gəlməsinə çox kömək edən Yer mantiyasında geniş miqyaslı əriməyə səbəb olub", - deyə araşdırma müəllifləri qeyd edib.

Kompüter modeli Aydakı maqmatik okeanın gözlənildiyindən 10 dəfə çox - 200 milyon il ərzində maye halında qaldığını sübut edib.

Əvvəllər ayda geniş miqyaslı karbon emissiyalarının qeydə alındığı bildirilmişdi. Bu element tarixin əvvəlindən Yerin peykində mövcud idi.

Əsas mövzular