20:05 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (33)
4510

Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı: "Bölmələrimizə qarşı keçirəcəkləri yeni hücumlarına bəraət qazandırmaq üçün qəsdən dezinformasiya yayırlar"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Xüsusi təyinatlılarımız Ermənistan ərazisində heç bir diversiya törətməyib və təbii ki, bu baxımdan heç bir itkimiz yoxdur.

Sputnik Azərbaycan xəbər verib ki, bunu Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin 100-dək hərbi qulluqçusu tərəfindən guya Ermənistan silahlı qüvvələrinin şimal-şərq istiqamətindəki mövqelərinin ələ keçirilməsi cəhdi barədə Ermənistan müdafiə nazirliyinin nümayəndəsinin dediklərinə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı bildirib:

“Azərbaycan xüsusi təyinatlıları Ermənistan ərazisində heç bir diversiya fəaliyyəti keçirməyib, Ermənistan tərəfinin bütün bu iddiaları növbəti dezinformasiyadır. Onların məqsədi bölmələrimizin mövqelərinə bu gün səhərdən başlayan hücumlarına bəraət qazandırmaqdır. Xüsusi təyinatlılarımız Ermənistan ərazisində heç bir diversiya törətməyib və təbii ki, bu baxımdan heç bir itkimiz yoxdur. Azərbaycan xüsusi təyinatlıları arasında itki ümumiyyətlə ola bilməz, çünki onlar Ermənistanla sərhəddə gedən hərbi əməliyyatlara cəlb olunmayıb”.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (33)

Əsas mövzular