QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

ATƏT-in Minsk qrupu növbəti bəyanat yayıb

© Photo : OSCE / Mikhail EvstafievФлаги ОБСЕ
Флаги ОБСЕ - Sputnik Azərbaycan
Abunə olmaq
Həmsədrlər Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin yaxın zamanda münaqişənin nizamlanmasının vacib tərəfləri ilə bağlı əsaslı danışıqlar aparmasının təsdiqlənməsini alqışlayır.

BAKI, 16 iyul - Sputnik. ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Azərbaycanla Ermənistan arasındakı sərhəddə vəziyyətlə bağlı növbəti bəyanat veriblər.

“Report”un məlumatına görə, həmsədrlər bəyanatda sülh prosesinin bərpasına əlverişli atmosfer yaratmağın zəruriliyini vurğulayıblar.

Qeyd olunub ki, tərəflər kəskin ritorikadan və bölgədəki vəziyyəti dəyişdirməyə çalışmaqdan çəkinməlidir.

Bildirilib ki, həmsədrlər Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin yaxın zamanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacib tərəfləri ilə bağlı əsaslı danışıqlar aparmasının təsdiqlənməsini alqışlayır və ATƏT müşahidəçilərinin vəziyyət imkan verdiyi zamanda bölgəyə qayıtmasının vacibliyini vurğulayıblar.

Xəbər lenti
0