"Türkiyə bu gün 15 iyul hadisəsinə qədər olan vəziyyətindən daha güclüdür"

© Sputnik / Murad OrujovВоенный парад по случаю 100-летия освобождения Баку Кавказской исламской армией. 15 сентября 2018 года
Военный парад по случаю 100-летия освобождения Баку Кавказской исламской армией. 15 сентября 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
Bu qürurverici bir hadisədir və türk xalqının demokratiyaya, öz seçdiyi hökümətinə, prezidentinə olan sədaqətini, bağlılığını göstərən bir hadisədir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində 15 iyul Demokratiya və Milli Birlik Günü münasibəti ilə videokonfrans formatında təşkil etdiyi anım tədbiri keçirilib. Konfrans zamanı 15 iyul hadisələrində şəhid olan 251 türk vətəndaşı anılıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 15 iyul Türkiyə Cümhuriyyətinə qarşı, xalqın seçdiyi hökümətə qarşı istiqamətlənmiş daxili düşmənlərin bir cəhdi idi: "Bu çevriliş cəhdi türk xalqından layiq olduğu qarşılığı gördü və qarşısı alındı. Bu gün çox xoşbəxtik ki, xalqımız 15 iyulda belə bir qəhrəmanlıq nümayiş etdirdi. Biz xalqımızla qürur duyuruq. İnsanlar canlarına bahasına, özlərini tankların, güllələrin qarşısına ataraq, bu çevriliş cəhdinin qarşısını aldılar. Bu qürurverici bir hadisədir və türk xalqının demokratiyaya, öz seçdiyi hökümətinə, prezidentinə olan sədaqətini, bağlılığını göstərən bir hadisədir".

Səfirin sözlərinə görə, 15 iyuldan sonra Türkiyə bir çox tədbirlər görüb. Belə xainlərin bir daha belə cəhd edə bilməmələri və layiqli şəkildə cəzalandırılması üçün hüquq çərçivəsində lazım olan bütün addımlar atılıb. Və hazırda Türkiyə Cümhuriyyəti bu gün 15 iyul hadisəsinə qədər olan vəziyyətindən daha güclüdür: "Türkiyə Silahlı Qüvvələri içindəki xainləri təmizləyərək, 15 iyul 2016-cı illə müqayisədə çox güclüdür. Və dünyada da layiq olduğu yerdədir".

Xəbər lenti
0