MN: Ermənistanın artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib

© Sputnik / Ilham MustafayevВзрыв на территории Агстафы
Взрыв на территории Агстафы - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildirilir ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. "Ermənistana məxsus PUA vurulub və artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib". Sputnik Azərbaycan-ın sorğusuna əsasən bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

"Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib", - deyə Vaqif Dərgahlı qeyd edib.

O vurğulayıb ki, Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır: "Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur".

Xəbər lenti
0