13:26 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
910

Bu təyyarə F-35 də daxil olmaqla daha müasir modellərdən fərqli olaraq 3 Maxdan çox sürət yığa bilir ki, bu da hipersonik silaha yaxşı başlanğıc sürətini verməyə imkan verir.

BAKI, 14 iyul — Sputnik. Pentaqon hipersəs silahı daşıyan bilən modernləşdirilmiş F-15EX qırıcılarını sifariş edib.

Sputnik Azərbaycan qırıcını istehsal edən "Boeing" şirkətinə istinadən xəbər verir ki, səkkiz ədəd müasir F-15EX qırıcısının istehsalı üçün 1,2 milyard dollarlıq müqavilə imzalanıb.

"F-15EX öz sinfindəki digər qırıcılardan daha çox silah daşıyır, uzunluğu 22 futa (təxminən 7 metr – red.) və çəkisi 7000 funta (təxminən 3,2 ton – red.) qədər olan hipersəs silahları buraxa bilər", - şirkət press relizində deyib.

"Gələcək planlarda 144 təyyarə nəzərdə tutulub", - press relizdə bidirilir.

"National Interest" jurnalı qeyd edir ki, bu təyyarə F-35 də daxil olmaqla daha müasir modellərdən fərqli olaraq 3 Maxdan çox sürət yığa bilir ki, bu da hipersonik silaha yaxşı başlanğıc sürətini verməyə imkan verir.

Əsas mövzular