Ermənistanda fövqəladə hal rejimi yenə uzadıldı

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidЕреван, фото из архива
Ереван, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Martın 16-sı elan olunan və iyulun 13-dək uzadılan fövqəladə hal rejimi avqutsun 12-si saat 17:00-dək uzadılacaq.

BAKI, 13 iyul — Sputnik. Ermənistan Nazirlər Kabineti koronavirus infeksiyası ilə bağlı ölkədə elan olunan fövqəladə hal rejimini daha bir ay artırıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Martın 16-sı elan olunan və iyulun 13-dək uzadılan fövqəladə hal rejimi avqutsun 12-si saat 17:00-dək uzadılacaq", - deyə hökumətin iclasında Ədliyyə Naziri Rüstəm Badasyan bildirib.

Qeyd edək ki, bu gün Ermənistanda koronavirusa yoluxanların sayı 32151-ə çatıb.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 182 nəfər artıb.

Ermənistanda son gündə daha 8 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 573-ə çatıb. Xəstəlikdən sağalanların sayı 19865 olub. Hazırda bu ölkədə 11530 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 13 milyonu keçib, 569 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0