Şəhid himnimizin sədaları altında torpağa tapşırıldı

Abunə olmaq
Kənd qəbiristanlığında 18 yaşlı şəhidin cənazəsi Azərbaycanın Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

BAKI, 13 iyul — Sputnik. Ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olmuş əsgərimiz, 2002-ci il təvəllüdlü Xəyyam Daşdəmirov İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, kənd qəbiristanlığında 18 yaşlı şəhidin cənazəsi Azərbaycanın Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Mərasimdə şəhidin ailə üzvləri, rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Xəyyam Daşdəmirov hərbi xidmətə 3 ay öncə yollanmışdı.

 

Xəbər lenti
0