15:22 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
36 0 0

Daxili İşlər naziri V.Eyvazovun müvafiq əmri ilə Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub.

BAKI, 13 iyul — Sputnik. Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

"Report" xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyi (DİN) Baş Təşkilat-İnspeksiya İdarəsinin rəis müavini, polis polkovniki Elman Qasımov vəzifəsindən azad olunaraq DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, ötən həftə Daxili İşlər naziri V.Eyvazovun müvafiq əmri ilə Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub. Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Əsas mövzular