Koronavirusa yoluxanların sayı 13 milyonu keçdi

© REUTERS / Albert GeaСитуация в связи с эпидемиологической обстановкой в Испании
Ситуация в связи с эпидемиологической обстановкой в Испании - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 13 milyonu keçib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 569 128 nəfər vəfat edib, 7 116 957 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 3 milyon 304 min 942 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 726 036yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0