Avstraliya və Honkonqda koronavirus məhdudiyyətləri bərpa olunur

© AP Photo / Eugene Hoshiko Люди в защитных масках в Японии
 Люди в защитных масках в Японии  - Sputnik Azərbaycan
Abunə olmaq
Yaponiya isə koronavirus hallarının artmasına baxmayaraq iqtisadiyyatı yenidən açmaq üçün yeni addımlar atır.

BAKI, 10 iyul — Sputnik. Honkonq məktəbləri yenidən bağlayır, Avstraliya isə ölkəyə girişə məhdudiyyətləri sərtləşdirir.

Sputnik Azərbaycan "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, buna səbəb koronavirusa yoluxmaların kəskin artması olub.

Honqkonq orta məktəbləri, ibtidai məktəbləri və uşaq bağçalarını bağlayacaq və şagirdlər növbəti bazar ertəsindən başlayaraq yay tətilinə çıxacaqlar.

Təhsil naziri Kevin Yunq cümə günü bildirib ki, bu qərar son bir neçə gün yoluxma hallarının artımı ilə bağlıdır. Honkonqda yoluxmaların artımı həyatın yenidən normallaşması, insanların işə qayıtması və restoranların açılmasından bir neçə həftə sonra baş verib.

Avstraliya isə karantin sisteminin yükünü azaltmaq üçün istənilən vaxt ölkəyə qayıda biləcək vətəndaşların siyahısını ixtisar edəcək. Ölkənin əhali sayına görə ikinci ən böyük ştatında xəstəliklə bağlı vəziyyət pisləşib.

Viktoria ştatının Baş naziri Daniel Endryus insanlardan sosial məsafəni saxlaya bilmədikləri təqdirdə maska geyinməyi xahiş edib və yoluxma sayının arta biləcəyini deyib.

Yaponiya isə koronavirus hallarının artmasına baxmayaraq iqtisadiyyatı yenidən açmaq üçün yeni addımlar atır.

Ölkə cümə günü 243 yeni yoluxma ilə gündəlik rekordunu qırıb. Lakin Tokio 5000 nəfərə qədər insanın iştirakı ilə tədbirlərə, o cümlədən idman tədbirlərinə və musiqi konsertlərinə icazə verəcək.

Yaponiya həmçinin qüvvədə olan səhayət qadağalarının tədricən aradan qaldırılması ilə bağlı bəzi ölkələrlə danışıqlar aparacaq.

Ölkədə virusa qarşı mübarizə aparmaq üçün məsul nazir Yasutosi Nisimura bildirib ki, Yaponiyanın səhiyyə sistemi həddindən artıq yüklənməyib.

Xəbər lenti
0