23:50 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
146011

Los Ancelesin məşhur Beverly hills küçəsində yeni mənzil əldə edən azərbaycanlı model Ruslana Gee onun bütün detallarını izləyicilərinə nümayiş etdirib

BAKI, 10 iyul — Sputnik, Kəmalə Əliyeva. Daha çox Ruslana Gee kimi tanınan azərbaycanlı model Ruslana Cavadova Amerikada aldığı, bahalı mebel və aksessuarlarla təchiz etdiyi yeni mənzilini izləyicilərinə nümayiş etdirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, model YouTube kanalındakı bloqunda abunəçilərə bir neçə ay əvvəl köçdüyü evi göstərmək qərarına gəlib.

"İlk dəfə Amerikaya gedəndə və burada necə də gözəl binaların olduğunu görəndə özümə söz verdim ki, nə vaxtsa mən də onlardan birində yaşayacağam. Onda mənim pulum yox idi. İndi blogerlikdən yaxşı pul qazanıram və lüks bir mənzildə yaşamağı haqq etdiyimi düşünürəm. Özüm icarə haqqını ödəyirəm və orada olan bütün əşyaları öz pulumla almışam. Hərçənd çoxları düşünür ki, mənə valideynlər kömək edirlər, amma bu belə deyil", - deyə Cavadova bildirib.

O, izləyicilərə Los Ancelesin məşhur Beverly hills küçəsində yerləşən mənzilinin bütün otaqlarını və əşyalarını göstərib.

Xatırladaq ki, bir müddət əvvəl Ruslana Gee Amerikanın ən populyar evi olan TikTok House-a köçməyə hazırlaşdığını bildirmişdi.

Ruslana Bakıda doğulub. Hələ məktəbdə oxuyan vaxtından moda və gözəllik sahəsinə maraq göstərib. 2016-cı ildə "L'Officiel Awards" jurnalının Fransa, Ukrayna və Azərbaycanda keçirdiyi eyniadlı illik mükafatlandırma mərasimində iki nominasiya - "Ən yaxşı model" və "Ən yaxşı fashion-bloger" - üzrə qalib olub.

Cavadova eyni zamanda zinət əşyalarının dizayneridir. Əvvəlcə İstanbulda oxuyub, sonra təhsilini Los Ancelesdə davam etdirməyə qərar verib. Amerikada da blogerlik edir.

Əsas mövzular