Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hamının kefi qalxacaq! Dilarə Kazımova yay hitini təqdim edib

© Photo : Instagram / dilarakazimovaАзербайджанская певица Диляра Кязымова, фото из архива
Азербайджанская певица Диляра Кязымова, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu kompozisiya koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejimi zamanı insanların əhvalını qaldıracaq.

BAKI, 8 iyul - Sputnik, Kəmalə Əliyeva. Tanınmış Azərbaycan müğənnisi Dilarə Kazımova karantində vaxt itirməməyi qərara alıb və yeni “Dəb elə mənəm” kompozisiyanı yazdırıb.

Mahnının söz və musiqisini Şeyx Ri yazıb. Kazımova həmçinin öz kompozisiyasının çarxı üçün yeni fotosessiya təqdim edib.

"Əminəm ki, bu mahnı yay hitinə çevriləcək. O, bu çətin dövrdə insanların əhval-ruhiyyəsini qaldıracaq", - deyə Kazımova qeyd edib.

Müğənni həmçinin tezliklə təqdim edəcəyi digər layihələr üzərində işləyir.

Qeyd edək ki, Dilarə Kazımova vaxtilə Unformal и Milk & Kisses qrupunun tərkibində çıxış edib. 2014-cü ildə "Ukraynanın səsi", "1+1" layihələrinin iştirakçısı olub. Elə həmin il "Böyük səhnə" milli müsabiqəsində qalib gələrək Azərbaycanı "Avroviziya-2014" müsabiqəsində təmsil etmək hüququ qazanıb. Hazırda o, solo karyerasını davam etdirir.

Xəbər lenti
0