21:44 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
26 0 0

"Sberbank"-nın rəhbəri bildirib ki, Rusiya iqtisadiyyatı koronavirusla bağlı böhranı proqnoz ediləndən daha yaxşı keçirir.

 

BAKI, 30 iyun — Sputnik. Rusiyanın "Sberbank"-nın rəhbəri German Qref koronavirus pandemiyasını 1998-ci ildə baş verən defoltla müqayisə edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

"Bu hökumətə paxıllıq etmək olmaz, ona görə ki onun mövcudluğunun ikinci həftəsində ona koronavirus qismət oldu. Bunu yalnız 1998-ci ildə Sergey Kirinekonun Ağ Evə gəlməsindən bir qədər sonra baş verən defoltla müqayisə etmək olar", - deyə Qref vurğulayıb.

O, həmçinin bildirib ki, Rusiya iqtisadiyyatı koronavirusla bağlı böhranı proqnoz ediləndən daha yaxşı keçirir. Onun sözlərinə görə, rublun üzən məzənnəsinə keçidi doğru qərar idi: "İndi belə deyərdim: Rublun üzən məzənnəsini makroiqtisadi situasiya təbii dempferdir".

Qref vurğulayıb ki, bu gün iqtisadiyyat "belə şoklara daha hazırlıqlıdır".

Əsas mövzular