17:12 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Abşeron Dairəvi dəmir yolu xətti üzrə bir sıra elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.

BAKI, 29 iyun — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC sərnişin sayının azalması ilə əlaqədar 30 iyun 2020-ci il tarixdən etibarən Abşeron Dairəvi dəmir yolu xətti üzrə bir sıra elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırır.

Bu barədə Sputnik Azərbaycan-a qurumdan məlumat verilib. Bildirilib ki, nəticədə Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt, Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt, Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı və Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarlarının hərəkətləri müvəqqəti dayandırılır.

Əsas mövzular