AQTA reydləri davam etdirir - Bu dəfə siyahıda onların adı var

© The Food Safety Agency of the Republic of AzerbaijanAzərbaycanda quş qripi ilə bağlı epizootoloji monitorinq
Azərbaycanda quş qripi ilə bağlı epizootoloji monitorinq - Sputnik Azərbaycan
Abunə olmaq
Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb

BAKI, 29 iyun — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

28 iyun 2020-ci il tarixində AQTA əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 63 ictimai iaşə obyekti, 155 ərzaq satışı mağazası olmaqla ümumilikdə 218 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib. Bu barədə agentlikdən Sputnik Azərbaycan -a verilən məlumatda bildirilib.

Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

Əhmədov Rəşad Musa oğluna, Həsənov Hüseyn Vəli oğluna, Kazımov Elşən Şücayət oğluna, Şahbazi Zahid Musa oğluna, Əhmədov Yusif Natiq oğluna, Davudzadə Günay Elşən qızına, Rzayev Samir İlyaz oğluna, Bağırova İrina Vladimirovna, Sayılova Mətanət İslam qızına, Mirzəyev Samir Rafət oğluna, Umudov Elşad Fərhad oğluna, Quliyev Kərim Mehdi oğluna, Hümbətov Xəqani Məhəmmədəli oğluna, Qəhrəmanov Ramin Soltan oğluna, Seyidov Mirağa Sabir oğluna, Hacıyeva Lətafət Tərif qızına, Şamilov Zülfiqar Kamandar oğluna məxsus ərzaq mağazaları, "Xudafərin AN", "ƏVOA" MMC-lərə məxsus marketlər və "EF" market

Digər şəhər və rayonlar üzrə:

Gəncə şəhərində "Elmanoğlu", "Oba", "Murad", "NN", "Moskva" marketlər və Əliyev İbrahim Fəxrəddin oğluna məxsus ərzaq mağazası

Oğuz rayonunda "Royal Garden", "Sərin bağ" restoranları

Qəbələ rayonunda Məlikov Vüqar Abduhəlim oğluna məxsus kafe, Əzizov Tərlan Əziz oğluna, Bəxtiyarlı Bəxtiyar Rəfail oğluna, Qədirov Adil Nizam oğluna, Məmmədov Sənan Əlövsət oğluna, Ədilov Sərxan Fizuli oğluna məxsus ərzaq mağazaları

Balakən rayonunda Mustafayev Səttar İbrahim oğluna məxsus ərzaq mağazası

Zaqatala rayonunda Hudulov Hüsən Fətulla oğluna və İsmayılov Şirinbəy Mövlüd oğluna məxsus kafelər

İsmayıllı rayonunda Gözəlov Xəyal Münasib oğluna məxsus ərzaq mağazası, Məmmədov Yunis Ramiz oğluna məxsus "Az Granata" mağazası, Əliyeva Sevda Ağahüseyn qızına məxsus şirniyyat mağazası

Göyçay rayonunda Məmmədov Zaur Yalçın oğluna, Məcidov İlkin Xəqani oğluna, Məmmədov Zamiq Qədir oğluna və Abbasov Taleh Qoçu oğluna məxsus ərzaq mağazaları

Şəmkir rayonunda "Ulu Göyçə", "Vedili", "Murad", "Sabir", "Kür balığı" kafeləri, "Sadiq" ərzaq mağazası

Quba rayonunda "Ucuz" market, "Bizim Bağ" restoranı, Rzayev Xoşbəxt Zeynal oğluna və Xəlilov Toğrul Rza oğluna məxsus kafelər,

Neftçala rayonu, Bankə qəsəbəsində Müslümova Rahilə Ramazan oğluna, Xantəmirov Böyükağa Sarı oğluna məxsus ərzaq mağazaları

Ağcabədi rayonunda "Favorit", "Uğur", "Lider", "Zahir", "Afem", "Real" və "Ramiz" ərzaq mağazaları, "Çinarlıq", "Ay işığı" kafeləri

Füzuli rayonunda "Mandarin", "Elçin", "Melisa", "Nurlan", "Oba" ərzaq mağazaları, "Xan bağı", "Təbriz" restoranları, "Nicat", "Qarabağ", "Çinar" kafeləri

İmişli rayonunda "Elçin", "Sakit göl", "Tərəkəmə", "61", "Meşə" kafeləri

Zərdab rayonunda "Buta", "Dalğa", "Gündüzün kafesi" və "Kür" kafeləri

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Xəbər lenti
0