20:31 14 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
4 0 0

Azərbaycandan olan yaradıcı insanlar Amerikanın CADAF "rəqəmsal yarmarkası"nda öz qrup ekspozisiyalarını sərgiləməklə iştirak etmək hüququ qazanıblar.

BAKI, 29 iyun — Sputnik, Kəmalə Əliyeva. Azərbaycandan olan Ta(r)dino 6 Art-platforması Artdomains x CADAF Online Beynəlxalq müsabiqəsinin qaliblərindən birinə çevrilib və CADAF-ın "rəqəmsal yarmarkası"nda iştirak etmək hüququ qazanıb. Bu barədə Sputnik Azərbaycan-a Platformanın mətbuat xidmətindən məlumat verilib.

CADAF ABŞ-da keçirilən rəqəmsal sənətə həsr olunmuş ilk yarmarkadır. Koronavirus pandemiyası səbəbindən onlayn rejimə köçürülüb.

Art platforma Artdomains x CADAF qrup sərgisi üçün müsabiqədə iştirak edərək, CADAF Online 2020 yarmarkasında pulsuz iştirak etmək imkanı qazanıb. Müraciətə Hypnotica kollektivinin və rəssam Şəlalə Salamzadənin əsərlərindən ibarət sərgi daxildir. Azərbaycan rəssamlarının və yarmarkanın digər iştirakçılarının işləri ilə CADAF-ın saytında qeydiyyatdan keçərək "Art" onlayn stendi ilə tanış olmaq mümkündür.

Hyphotica kollektivi 2009-cu ildən Azərbaycanda və xaricdə multimedia instalyasiyaları yaradır. CADAF Hypnotica da azadlıq və şəxsi təhlükəsizlik mövzusuna təsir edən "The Choice" instalyasiyasını nümayiş etdirir. O, 2020-ci ilin aprelində kollektiv tərəfindən yaradılıb. Qrup iştirakçıları bu instalyasiya ilə demək istəyirlər ki, azadlıq insanın şüurunda gizlidir.

Rəssam Şəlalə Salamzadə 2017-ci ildən etibarən Rebirth.exe də daxil olmaqla, Azərbaycanda və xaricdə video və rəqəmsal incəsənətin qrup sərgilərinin daimi iştirakçısıdır. O, 2018-ci ildə "Nəsimi" festivalına, 2019-cu ildə Şotlandiyada "The Wrong Biennial" və NEoN rəqəmsal incəsənət festivalına qatılıb. 2018-ci ildə CADAF-da onun "Unknown territory" videosu təqdim olunub. Burada sosial şəbəkələrdən olan "dostlar"ın məskunlaşdığı mövcud olmayan virtual şəhərin 3D modeli nümayiş etdirilib.

Bu Ta(r)dino 6-nın beynəlxalq yarmarkalarda ikinci iştirakıdır. 2019-cu ilin sentyabrında təşkilatçıların dəvəti ilə İstanbul Contemporary platforması qeyri-kommersiya bölməsində müasir Azərbaycan incəsənətinin qrup sərgisini təqdim edib.

Əsas mövzular