ABŞ Assanja qarşı ikinci ittihamı irəli sürüb

© Sputnik / Aleks Maknoton / Mediabanka keçidCulian Assanj, arxiv şəkli
Culian Assanj, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Assanj ABŞ-ın Əfqanıstan və İraqdakı fəaliyyətini, xüsusilə mülki şəxslərin öldürülməsini ifşa edən nəşrlər ilə məşhurlaşıb.

BAKI, 25 iyun — Sputnik. ABŞ-da Culian Assanja qarşı ikinci ittiham irəli sürülüb. Sputnik Azərbaycan xəbər verir ki, ABŞ Ədliyyə Departamentinin saytında verilən açıqlamada onun "Anonymous" hərəkatından olan hakerlər ilə əlbir olduğu iddia olunur.

"Böyük federal münsiflər heyəti bu gün ikinci ittiham irəli sürərək Culian Assanjı Amerika Birləşmiş Ştatları tarixində gizli məlumatların ən böyük oğurluğu cinayətlərində ehtimal olunan rolu ilə bağlı günahkar bilib", - sənəddə deyilir.

Assanj ABŞ-ın Əfqanıstan və İraqdakı fəaliyyətini, xüsusilə mülki şəxslərin öldürülməsini ifşa edən nəşrlər ilə məşhurlaşıb. Bundan əlavə, o, Amerikanın Quantanamo həbsxanasında saxlanılma şəraiti ilə bağlı materialları yayımlayıb.

2010-cu ildə İsveçdə onu cinsi təcavüz və zorlamada ittiham ediblər. Assanj şikayət ərizəsi verən qadınların bunu qisas məqsədi ilə və hüquq-mühafizə orqanlarının təzyiqi altında etdiklərini dəfələrlə bəyan edib.

Xəbər lenti
0