ABŞ-da ehtiyatların artması nefti yenə ucuzlaşdırıb

© AP Photo / Eric GayНефтяной танкер в США, фото из архива
Нефтяной танкер в США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Energetika Departamenti bildirib ki, son bir həftə ərzində ölkədə neft ehtiyatları 1,4 milyon barel, yəni 540,7 milyon barelə artaraq analitiklərin gözləntilərini üstələyib.

BAKI, 25 iyun — Sputnik. Cümə axşamı səhər saatlarında neftin qiyməti dünyada koronavirusun yayılması və ABŞ-da xammal ehtiyatlarının artması fonunda azalmağa davam edir.

Sputnik Azərbaycan "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu səhər "Brent" markasının avqust fyuçerslərinin qiyməti 0,79 faiz, yəni bir barel üçün 39,98 dollara düşüb. "WTI" neftinin avqust fyuçersləri isə bir barel üçün 0,63 faiz, yəni 37,72 dollara düşüb.

Çərşənbə günü neftin qiyməti 5 faizdən çox azalıb. Bu, ABŞ-da ehtiyatların artması və koronavirusun yayılması fonunda baş verib.

ABŞ Energetika Departamenti bu gün bildirib ki, son bir həftə ərzində ölkədə neft ehtiyatları 1,4 milyon barel, yəni 540,7 milyon barelə artaraq analitiklərin gözləntilərini üstələyib və artıq üçüncü dəfə tarixi rekordu yeniləyib.

Bundan başqa, ABŞ-da neft hasilatı 11 həftə ərzində ilk dəfə olaraq sutkada 500 min barel – yəni sutkada 11 milyon barelə qədər artıb. Bundan əvvəl bu göstərici aprelin əvvəlindən davamlı olaraq azalırdı.

Xəbər lenti
0