21:52 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
125 0 0

"Səs Azərbaycan" milli layihəsinin yarımfinalçısı, nadir səs tembrinin (kontralto) sahibi Ləman Dadaşova imicini kökündən dəyişib.

BAKI, 24 iyun — Sputnik, Kəmalə Əliyeva. "Səs Azərbaycan" milli layihəsinin yarımfinalçısı, nadir səs tembrinin (kontralto) sahibi Ləman Dadaşova imicini kökündən dəyişib. Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni həm də “Köz” mahnısına çəkdirdiyi yeni klipini təqdim edib.

Müğənni uzun müddətdir pərəstişkarlarını yeni layihələrlə sevindirmirdi. Amma bu günlərdə yenidən işinin başına qayıdıb. O, yaradıcılığa qayıdışını imicinin dəyişməsi ilə daha da əlamətdar edib və bu işdə ona Azərbaycanın məşhur stilisti Anar Ağakişiyev yardımçı olub.

İfaçının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, yeni kompozisiyanın söz və musiqi müəllifi Abbas İsmayıldır. Layihəyə Səmra Axundova rəhbərlik edib. Müğənni ümid edir ki, yeni mahnı hitə çevriləcək.

Ləman Dadaşova "Səs Azərbaycan" musiqi layihəsində iştirak etdikdən sonra məşhurlaşıb. Onun müəllimi Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva olub. Dadaşova gənc həmkarları arasında nadir səs tembrinin - kontraltonun sahibi olması ilə seçilir.

Əsas mövzular