20:27 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
105 0 0

"Biz xəstələrimizi çölə atmırıq ki. Onların müalicəsi köçürülən tibb müəssisələrində davam etdiriləcək"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 iyun — Sputnik. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinin qəbulu üçün istifadə edilən tibb müəssisələrinin siyahısına daxil edilib. Xəstələrin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, artıq xəstələr bu institutdan köçürülür. Sputnik Azərbaycan-ın əldə etdiyi bu məlumatı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova təsdiqləyib.

O, bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar tibb müəssisələrinin koronavirus xəstələrinin qəbulu üçün hazırlanması prosesi normaldır: "Xəstələrimiz də digər bu xəstələr üçün nəzərdə tutumuş dispanserlərə köçürülür. Biz xəstələrimizi çölə atmırıq ki. Onların müalicəsi köçürülən tibb müəssisələrində davam etdiriləcək".

Əsas mövzular