Birdəfəlik ödəmənin veriləcəyi yerlərin sayı artırıldı

© Sputnik / Murad OrujovПользователь сайта e-sosial.az
Пользователь сайта e-sosial.az - Sputnik Azərbaycan
Abunə olmaq
Müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.

 

BAKI, 23 iyun — Sputnik. Baş nazir Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. Qərarda bildirilir ki, pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.

Xəbər lenti
0