Tramp ABŞ-ı NATO-dan çıxarmaq istəyib - "Şimal Axını-2"-yə görə

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidСтроительство газопровода "Северный поток-2", фото из архива
Строительство газопровода Северный поток-2, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Boltonun sözlərinə görə, Tramp, həmçinin bildirib ki, alyansa çox hörmət edir, lakin Avrop ölkələrin Rusiya layihəsində iştirak edəcəyi təqdirdə qurumdan mütləq şəkildə çıxacaq.

BAKI, 23 iyun — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Rusiyanın qaz kəməri, "Şimal axını – 2" layihəsinin tikintisini dəstəkləməyi dayandırmayacaqları təqdirdə NATO-ya üzv ölkələrin bəzilərini təhdid etmək istəyib. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton öz memuar – kitablarında bildirib.

Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Tramp koronavirusa yeni ad verdi və Çinin xətrinə dəydi

"Bizimlə ədalətsiz davranırlar. Yanvarın 1-nə kimi bütün ölkələr öz ÜDM-lərinin 2%-ni ödəməlidirlər, biz borcları bağışlayacağıq və ya biz gedirik. Biz Rusiya ilə yola getmədiyimiz bir vaxtda, biz NATO ölkələrinin Rusiyaya milyardlar ödədiyi NATO-da olmayacağıq", - deyə Tramp bildirib.

Boltonun sözlərinə görə, Tramp, həmçinin bildirib ki, alyansa çox hörmət edir, lakin Avrop ölkələrin Rusiya layihəsində iştirak edəcəyi təqdirdə qurumdan mütləq şəkildə çıxacaq.

Sabiq müşavir əlavə edib ki, o bunu prezidentdən eşitdiyi gün dərhal dövlət katibi Mayk Pompeo ilə əlaqə saxlayıb və sonuncu Trampı NATO-da qalmağa inandıra bilib.

Xatırladaq ki, 1220 kilometr uzunluğundakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2020-ci ilin sonunadək başa çatdırılacaq.

Xəbər lenti
0