Ermənistanda koronavirusa yoluxanların sayı 21 mini keçdi

© REUTERS / Jose Luis GonzalezЧеловек скончавшийся от COVİD-19, фото из архива
Человек скончавшийся от COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda isə daha 3 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 991-ə çatıb.

 

BAKI, 23 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 21006-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 418 nəfər artıb.

Ermənistanda son gündə daha 12 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 372-ə çatıb. Xəstəlikdən sağalanların sayı 10 144 olub. Hazırda bu ölkədə olan 10364 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 3 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 991-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9,1 milyonu keçib, 474 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0