İnanılmaz: Bəşər Əsəd Donald Trampı necə xilas edib

© AP Photo / Mark HumphreyДжон Болтон, фото из архива
Джон Болтон, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Trampa məruzə edəndə o qəzəblənmişdi və amerikalıların bir həftə ərzində azad olunmasını tələb etdi.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 iyun — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Suriyada olan hərbçilərin azad olunması ilə bağlı Suriya Prezidenti Bəşər Əsədlə danışıqlar aparmaq istəyib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə sabiq müşaviri Con Boltonun nəşr olunan kitabında qeyd olunub.

O, qeyd edib ki, danışıqlardan Suriya Prezidenti Bəşər Əsəd imtina edib.

"Bizim Suriyada rolumuza dair müzakirələr Trampın ABŞ girovları ilə bağlı Əsədə zəng etməsi ilə bağlı daimi istəyi ilə bağlı çətinləşirdi. Dövlət katibi Mayk Pompeo və mən bu addımı arzuolunmaz hesab edirdim. Xoşbəxtlikdən Suriya hətta Pompeo ilə danışıqlardan imtina edərək Trampı onun özündən xilas etdi", - deyə Bolton yazır.

Onun sözlərinə görə, bu barədə Trampa məruzə edəndə o qəzəblənmişdi və amerikalıların bir həftə ərzində azad olunmasını tələb etdi: "Deyin (suriyalılara)) əgər bizim girovlarımızı qaytarmasalar, o (Əsəd - red) ciddi (orijinalda senzuradan kənar söz) şəkildə əziyyət çəkəcək".

Xəbər lenti
0