Zakir Həsənov Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

© Sputnik / Murad OrujovГлавы Минобороны Азербайджана и России Закир Гасанов и Сергей Шойгу на Аллее шехидов в Баку
Главы Минобороны Азербайджана и России Закир Гасанов и Сергей Шойгу на Аллее шехидов в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Moskvada keçiriləcək paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti təmsil edəcək.

 

BAKI, 22 iyun — Sputnik. Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda qonaq qismində iştirak edəcək.

Nümayəndə heyəti iyunun 23-də Moskva şəhərinə yola düşəcək.

Qeyd edək ki, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti təmsil edəcək.

Xəbər lenti
0