Yayın əsas sualı açıq qalır: İsti, dəniz və... koronavuirus – gedək, getməyək

© Sputnik / Alexandr Kryazhev / Mediabanka keçidОтдыхающие на пляже реки Обь возле парка Бугринская роща в Новосибирске
Отдыхающие на пляже реки Обь возле парка Бугринская роща в Новосибирске - Sputnik Azərbaycan
Abunə olmaq
Virusun dənizə və qida kimi bizim istifadə etdiyimiz dəniz məhsullarına keçə biləcəyi ehtimalı da var. Buna görə diqqətli olmaq lazımdır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 iyun — Sputnik. İyunun 16-dan çimərlik mövsümü başlayır. Həftə sonları sərt karantin rejimi tətbiq edilsə də, həftəarası çimərliklərə və istirahət mərkəzlərinə gedənlərin sayı çox olacaq.

Женщина в защитной маске и солнцезащитных очках на пляже в Кастильоне-делла-Пеская, Италия - Sputnik Azərbaycan
FOTO
Maskalı dəniz! Çimərlik mövsümünün yeni reallığı

Bir müddət öncə Nazirlər Kabineti yanında Operativ Qərargah çimərliklərin fəaliyyət qaydalarını açıqladı. Artıq bütün istirahət mərkəzləri sahibləri "olar-olmaz"ların hamısını bilir.

Bəs koronavirus təhlükəsinin qapıda olduğu bir dönəmdə virusun dənizdən, hovuzdan keçmə təhlükəsi varmı?

Mütəxəssislərə görə, hovuzda və ya dənizdə üzmək təhlükə yaratmır. Ancaq hovuzların kənarında və çimərliklərdə sosial məsafə qaydalarına əməl edilməlidir.

Həkim-terapevt Məlahət Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hovuz, göl və ya dənizdə üzmək istəyənlər olduqca diqqətli olmalıdır. Çünki dəsmalların yan-yana asılaraq qurudulması belə, təhlükə yaradır.

Həkim qeyd edib ki, açıq və bağlı hovuzların suyu mütəmadi olaraq xlorlandığı üçün risk daşımır. Virus xlorlu suda təsirini itirir: "Ancaq hovuzun mütəmadi olaraq təmizləndiyinə və suyun xlorlandığına əmin olmaq lazımdır. Kimyəvi maddələr – xlor istifadə edilərək, dezinfeksiya edilməyən hovuzlar infeksiyaya yoluxma riskini artırır”.

Mütəxəssislər dəniz və göllərdə üzməyin az riskli olduğunu qeyd edir. Belə ki, səsləndirilən fikirlərə görə, Ümumdünya Səhiyyə Təşkilatı virusunu su vasitəsilə yoluxa biləcəyi barədə heç bir xəbərdarlıq etməyib.

"Ancaq ishalı, tənəffüs yolları xəstəlikləri olan şəxslər digərlərini təhlükəyə atmamaq üçün dənizə və ya hovuza girməməlidir. Bu isə insanların vicdanına qalıb" – deyə həkim bildirib.

Турист на пляже во Фрипорте, Багамские острова, фото из архива - Sputnik Azərbaycan
Özünütəcrid zamanı çimərlik kefi – VİDEO

Koronavirusun su yolu ilə insanlara yoluxma riskinin olub-olmaması hələ də müzakirə mövzusu olaraq qalır. Virusun həzm sistemi yolu ilə də yoluxa biləcəyi ehtimalları var.

Hollandiyada aparılan araşdırmaların nəticəsi olaraq kanalizasiya sularında koronavirus aşkar edildikdən sonra dəniz suyunda da təhlükə ola biləcəyi ehtimalları yaranıb. Çünki bir çox ölkələrdə olduğu kimi Bakıda da kanalizasiya suları dənizə axıdıldığı üçün virus riski də yaranır.

Məsələn, ötən illərdə Hövsan, Şıx, Sahil çimərlikləri kanalizasiya suları axıdıldığı üçün təhlükə mənbəyinə çevrilmişdi. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Xəzər Kompleks Monitorinq İdarəsi" dəfələrlə Xəzər dənizi sahillərində monitorinqlər aparmış və bu barədə ictimaiyyətə məlumatlar vermişdi.

İllərdir ki, müxtəlif qəsəbələrin kanalizasiya sularının axıdıldığı Hövsan kanalı barədə bir neçə araşdırma aparılsa da, bu kanalın suyunun təmizlənərək dənizə axıdılması məsələsi hələ də həyata keçrilməmiş olaraq qalır. Hər gün bu kanaldan dənizə 100 min kub çirkab suları axıdılır.

Və heç kim zəmanət verə bilməz ki, müxtəlif qəsəbələrin kanalizasiya sularının axıdıldığı bu kanalda koronavirus yoxdur. Bu kanal bu gün də dənizə axıdılır. Yəni dənizi təhlükəsiz hesab etmək özü belə təhlükəlidir.

Koronavirus suyumuza da əl qoydu: rejim düzəlməsə, çox pis olacaq

Virusun dənizə və qida kimi bizim istifadə etdiyimiz dəniz məhsullarına keçə biləcəyi ehtimalı da var. Buna görə diqqətli olmaq lazımdır.

İndi sual yaranıb: Dənizə və hovuza gedək, yoxsa getməyək?

Buna bütün təhlükələri gözə alaraq qərar vermək lazımdır.

Xatırladaq ki, bir müddət əvvəl çimərlik və su istirahət mərkəzlərində koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib.

Sosial kömək - Sputnik Azərbaycan
SƏHİYYƏ
TƏBİB könüllü axtarışında - Koronavirusla mübarizədə personal çatmır

Mövcud olan məlumatlara əsasən, COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğuna, gözlərə, buruna və s. toxunduqda ötürülür.

Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlara rast gəlinir, lakin yaşlı və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur.

Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.

Xəbər lenti
0