CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİM buraxılış imtahanının iştirakçılarına müraciət etdi

© AFP 2023 / MARTIN BUREAUЭкзамен, фото из архива
Экзамен, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən abituriyentlər şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər.

BAKI, 5 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən 10 və 11 iyundan etibarən hər həftə içi günlərində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsində təhsilalanlar üçün buraxılış imtahanları keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 9 illik və 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər buraxılış imtahanlarında iştirak etməyə bilərlər.

Bu imtahanlarda iştirak etməyən 9 və 11-ci sinif məzunları üçün əlavə qeydiyyat tələb olunmadan sentyabr ayında yenidən buraxılış imtahanları təşkil olunacaq və həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək, 9-cu sinif şagirdləri isə istəkləri olduğu təqdirdə 10-cu sinfə keçiriləcək.

Lakin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən abituriyentlər şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər.

Xəbər lenti
0