CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qardaş ölkəyə səfərə hazırlaşanların nəzərinə: Yeni qaydalar var

© AP Photo / Emrah GurelРазвевающийся флаг Турции на фоне мечети Сулеймание в Стамбуле, фото из архива
Развевающийся флаг Турции на фоне мечети Сулеймание в Стамбуле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mayın 31-i Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 iyun — Sputnik. Türkiyə Azərbaycan vətəndaşları üçün bu ölkədə vizasız qalmaq müddətini 90 günədək uzadıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Xatırladaq ki, daha əvvəl Azərbaycan vətəndaşları 30 gün müddətinə vizasız Türkiyədə qala bilərdilər.

Qeyd edək ki, mayın 31-i Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.

Dəyişikliklə Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir.

Hazırkı qanunvericilikdə isə bu müddət 30 gündür.

Layihə Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında qəbul olunub.

Xəbər lenti
0