CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözətçini öldürərək mağazanı soyanlar saxlanılıb

© AFP 2023 / FRED DUFOUR Мужчина в наручниках в полицейском участке, фото из архива
 Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onların qarət etdikləri 40 min manat və müşahidə kamerasının yaddaş bloku maddi sübut kimi götürülüb.

BAKI, 3 iyun — Sputnik. İyunun 1-də səhər saat 6 radələrində Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun meyiti Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Sputnik Azərbaycan hüquq mühfizə orqanlarına istinadla xəbər verir ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman mağazanın seyfindən 40 min manat məbləğində pul vəsaitinin oğurlandığı müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Fuad Yusifli və Kürdəmir rayon sakini 1992-ci il təvəllüdlü Sadiq Cəlalov tutulublar.

Qarət etdikləri 40 min manat, müşahidə kamerasının yaddaş bloku maddi sübut kimi götürülüb.

Xəbər lenti
0