CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hüquq-mühafizə orqanlarında kadr islahatları davam etdirilir

© Photo : REPORT Генеральный прокурор АР Кямран Алиев, фото из архива
 Генеральный прокурор АР Кямран Алиев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Elxan Novruzov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifələrinə təyin ediliblər.

BAKI, 1 iyun — Sputnik. Prokurorluq orqanlarında kadr islahatları davam etdirilir. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Belə ki, Baş prokuror cənab Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Tural Aslanov və Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Həsən Mahmudov tutduqları vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Elxan Novruzov isə tutduğu vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifələrinə təyin ediliblər.

Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlə Neftçala rayon prokuroru Aydın Əliyev tutduğu vəzifədən azad olunmuşdu.

Xəbər lenti
0