14:56 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
22 0 0

Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə cərimələr müəyyən edilib

BAKI, 1 iyun — Sputnik. Milli Məclisin növbədənkənar sessiyasında bu gün keçirilən ilk plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Məcəlləyə edilən yeni əlavəyə görə, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyən edilib.

Əlavəyə görə, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə ediləcəklər.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcəklər.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib ki, tibbi maskalardan istifadənin Nazirlər Kabinetinin müəyyən etdiyi yerlərdə pozulması halları ilə bağlı qərar qüvvədədir.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik həmin yerlərdə qaydaların pozulmasına şamil ediləcək: "Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onları qorumaqdır. Biz sadəcə burada cərimələrin miqdarını müəyyən edəcəyik. Vətəndaşlar yaxşı olardı ki, Nazirlər Kabinetinin 2 gün əvvəl olan qərarına da diqqət yetirsinlər".

Əsas mövzular