Milli Məclisin fəaliyyəti ilə bağlı veriliş yayımlanacaq

© Sputnik / Murad OrujovЗаседание Милли Меджлиса Азербайджана
Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Milli Məclisin növbədənkənar sessiyanın ilk plenar iclası keçirilir. İclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ikinci oxunuşda müzakirə olunur.

BAKI, 1 iyun — Sputnik. Azərbaycan telekanallarının birində Milli Məclisin fəaliyyəti ilə bağlı veriliş yayımlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında deyib.

S.Qafarova bildirib ki, hazırda verilişin formatı və digər məsələlərlə bağlı iş aparılır.

Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar sessiyanın ilk plenar iclası keçirilir. İclasın gündəliyinə 1 məsələ daxil edilib. İclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ikinci oxunuşda müzakirə olunur.

Xəbər lenti
0