ABŞ-da qorxunc rəqəmlər durmadan artır

© REUTERS / CAITLIN OCHSСитуация в связи с эпидемиологической обстановкой в США
Ситуация в связи с эпидемиологической обстановкой в США  - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ştatlarda COVİD-19-dan ölənlərin sayı müharibələrdə ölən amerikalıların sayından daha çoxdur.

BAKI, 28 may — Sputnik. ABŞ-da koronavirusa yoluxanların sayı artıb. Sputnik Azərbayan-ın "Reuters"ə istinadən xəbərinə görə, ABŞ-da bu pandemiyadan dünyasını dəyişənlərlə bağlı son rəqəmlər açıqlanıb. Belə ki, son sutkayadək olan məlumata görə, ABŞ-da ölənlərin syı 100 minə çatıb. Orta hesabla isə gündəlik ölənlərin sayı 1400 nəfərdir. "Reuters" yazır ki, bu rəqəm Koreya, Vyetnam və İraq müharibələrində ölən amerikalıların sayından daha çoxdur.

Rəsmi statistikalara görə, yeni pandemiyadan dünyasını dəyişənlərin sayı 1981-1989-cu illərdə geniş vüsət alan AİDS epidemiyasında dünyasını dəyişənlərdən də çoxdur.

Qeyd edək ki, sonuncu dəfə ABŞ-da ən çox can alan 1957-1958-ci illərdə yayılan qrip virusunda ölənlərin sayı 116 min olub.

Xəbər lenti
0