Hicabda qadın Britaniyada ilk dəfə hakim təyin olundu

© AP Photo / Maya AlleruzzoМусульманка, фото из архива
Мусульманка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Raffia Ərşad qeyd edib ki, ona erkən yaşlarından mənşəyinə görə bu sahədə uğur qazana bilməyəcəyi deyilib

BAKI, 27 may — Sputnik. Müsəlman Raffia Ərşad Böyük Britaniyada ilk hicablı vəkil olub. Bu barədə Sputnik Azərbaycan "The Independent"-ə istinadən xəbər verir.

Məlumata əsasən 40 yaşlı qadın artıq 17 ildən çoxdur hüquq sahəsində fəaliyyət göstərir. O, hesab edir ki, onun nümunəsi digər müsəlman xanımları üçün olduqca önəmlidir. Ərşad qeyd edib ki, ona erkən yaşlarından mənşəyinə görə bu sahədə uğur qazana bilməyəcəyi deyilib. Buna baxmayaraq o bütün karyerası ərzində hicabdan imtina etməyib.

​Karyerası ərzində Raffia Ərşad bir sıra sahələr üzrə vəkillik fəaliyyəti ilə məşğul olub. O, əsasən Böyük Britaniya müsəlmanlarının həyatına aid işlərdə vəkil kimi iştirak edib.

Xəbər lenti
0