CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maska taxdım, məni kim tanıyacaq - Belə arxayın olma

© Sputnik / Murad OrujovСилуэт человека
Силуэт человека  - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislərə görə, cinayət törətmək üçün pandemiyadan nə qədər cinayətkarın yararlandığını təxmin etmək mümkün deyil.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 may — Sputnik. Mayın 4-dən etibarən ölkədə koronavirus təhlükəsinə qarşı xüsusi sanitar rejimi tətbiq edilməyə başlanıb.

Belə ki, rejimin qaydalarına görə, ictimai nəqliyyatda, qapalı məkanlarda və metroda maska taxmaq zəruri hesab edilir. Maska taxmayan şəxslər isə həmin məkanlara buraxılmır.

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Onu maska ilə tutdular! Tramp qanuna zidd gedə bilmədi

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidovun sözlərinə görə, tibbi maskadan istifadə etməyənlərə qarşı hər hansı bir cərimə nəzərdə tutulmayıb.

Belə ki, maska taxmayan şəxslər ictimai nəqliyyata buraxılmır. Vətəndaşlardan tələb olunur ki, mütləq qaydada tibbi maskadan istifadə etsinlər.

Hamının maska taxmasının tələb edildiyi bir dönəmdə cinayətlərin artma ehtimalının böyük olması istisna edilmir.

Mütəxəssislərə görə, cinayət törətmək üçün pandemiyadan nə qədər cinayətkarın yararlandığını təxmin etmək mümkün deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət hallarının artdığına da şübhə etmirlər. Belə ki, ABŞ-da və dünyanın bir çox ölkələrində tibbi maska taxaraq, cinayət törədənlərin sayı artıb. Tibbi maskalar taxan şübhəlilərin iştirak etdiyi cinayətlər Şimali Karolina, Vaşinqton və digər ştatlarda özünü daha çox büruzə edib.

Azərbaycanda isə cinayətlərin statistikasında bu baxımdan hələ artım hiss edilmir.

İstifadə edilmiş qoruyucu maska  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Maskalar məsuliyyətsiz şəkildə atılarsa...

Təhlükəsizlik məsəsləri üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tibbi maska taxmaqla hansısa cinayət törətmək, oğurluq etmək, yaxud hər hansı çirkin əməli həyata keçirmək mümkün ola bilər. Amma bunu özünə fürsət bilən şəxslər başa düşməlidirlər ki, bu sadəcə düşünülməmiş bir addımdır: "Cinayət də, cəza da hər zaman olacaq. Sadəcə maskaya güvənib, cinayət törətmək axmaqlıqdır. Bütün ictimai məkanlar, insanların kütləvi olduqları yerlər ən son texnoloji imkanlara sahib olan avadanlıqlarla təchiz edilib, buna nəzarət edən mexanizmlə təmin olunub. Bu səbəbdən də, tibbi maska taxaraq, kiminsə cinayət edib, cəzasız qalacağı qeyri-realdır".

Xatırladaq ki, digər ölkələrdə "feyskontrol" cihazları mövcuddur. Belə ki, bu cihazlarla maska taxmış insanların belə kimliyini müəyyən etmək olur.

Azərbaycanda metroda maska taxmış şəxslərin cibgirlik etməsi və ya hər hansı cinayətlərə qarışacağı təqdirdə müəyyən edilə bilməsi isə sual altındadır.

Xəbər lenti
0