CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Köhnə Bakının yadigarlarından birinin aqibəti necə olacaq? - Reportaj

© Sputnik / Irade JELILNəsimi bazarında vəziyyət 21.05.2020
Nəsimi bazarında vəziyyət 21.05.2020 - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizə də yanımızda tikinti işləri aparan şirkətin işçiləri deyib ki, bazar sökülərək yerində 18 mərtəbəli bina tikələcək. Çünki, yanımızda pilot layihə icra olunur.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 may — Sputnik. "Bizi bazarın o başından bu başına köçürdülər. Dedilər ki, koronavirusa görə piştaxlarar yaxın-yaxınadır. Biz də mallarımızı yığışdırıb bazardakı yeni mağazalara köçdük. Biz ordan köçən kimi bütün piştaxtaları sökdülər. İndi də deyirlər ki, bazarı yerli-dibli sökəcəklər. Amma rəhbərlik bizə bu barədə bir söz deməyib". Bu sözlərin Sputnik Azərbaycan-a bir neçə gündür ki, sökülməsi barədə məlumat yayılan "Nəsimi bazarı"nda çalışan Gülbəniz xala deyir.

Paytaxtın Nəsimi rayonunda yerləşən "Nəsimi bazarı"nda çalışanlar bazarın sökülməsi ilə bağlı yayılan məlumatların dəqiq olub-olmadığını bilmirlər.  İstədikləri təkcə odur ki, bazar sökülsə də onlar işsiz qalmasınlar: "Biz bazarın sahibi deyilik. Aylıq icarə pulu ödəyib 5-10 kvadrat yer götürüb öz malımızı satırıq. Yer bizim şəxsi əmlakımız olmadığından, biz bazarın sökülməsinə də irad bildirə, etiraz edə bilmərik. İstədiyimiz odur ki, bazar sökülərsə bizə də yeni tikilən alış-veriş mərkəzində yer versinlər ki, işsiz qalmayaq".

© Sputnik / Irade JELILNəsimi bazarında vəziyyət
Köhnə Bakının yadigarlarından birinin aqibəti necə olacaq? - Reportaj - Sputnik Azərbaycan
Nəsimi bazarında vəziyyət

Bazarda alver edənlərin bu istəyi isə heç də əsassız deyil. Bazarda olarkən onlarla söhbət zamanı öyrəndik ki, bazarın sökülərək yerində "Nəsimi Mall"  tikiləcəyi barədə söz-söhbət var. Bazarda çalışan satıcılardan biri deyir ki, bazarın yerində 18 mərtəbəli yaşayış binasının tikiləcəyi gözlənilir: "Bizə də yanımızda tikinti işləri aparan şirkətin işçiləri deyib ki, bazar sökülərək yerində 18 mərtəbəli bina tikələcək. Çünki, yanımızda pilot layihə icra olunur. Deyilənə görə, binanın alt hissəsində "Nəsimi Mall" inşa olunacaq. Amma bilmirik orada ticarət üçün bizə də şərait yaradarlar, yoxsa yox".

Elə söhbətin bu əsnasında daha bir satıcı bizə yaxınlaşaraq müsahibə götürməyimizə etiraz edir: "Sizin bazarda çəkiliş aparmağınız bizim əleyhimizədir. Bazarda onsuz da son bir neçə aydır ki, alış-veriş azalıb. İndi də sökülməsi xəbəri çıxıb. Elə həmin gündən alış-veriş tamamilə zəifləyib. Bazara gündə 20-30 alıcı gələndə sevinirik. Camaatın çoxu bu xəbərləri eşidib elə bilir ki, bazar artıq bağlanıb. Köhnə müştərilərimiz də başqa bazarlara gedir".

© Sputnik / Irade JELILNəsimi bazarında vəziyyət
Köhnə Bakının yadigarlarından birinin aqibəti necə olacaq? - Reportaj - Sputnik Azərbaycan
Nəsimi bazarında vəziyyət

Bazarda olarkən geyim əşyalarının satıldığı yerdə söküntü işlərinin aparıldığının bizdə şahidi olduq. Satıcılar rəhbərliyin onlara həmin ərazidə mağazalar tikiləcəyi barədə vəd verməsinə baxmayaraq heç bir iş aparılmadığını söylədilər: "Bazarın üstü sökülməsə də, bütün piştaxtalar sökülüb. Əvvəl dedilər dezinfeksiya aparılır. Sonra söküb yığdılar bazarın ortasına. İndi sökülən taxta-tuxtanı daşıyan da yoxdur. Yerində isə heç nə tikilmir. Ona görə də, bazarın söküləcəyi barədə yayılan məlumatlar inandırıcı görünür".

Bazarın səlahiyyətli nümayəndəsi Vaqif Adıgözəlov isə deyir ki, bazarın sökülməsi barədə deyilənlər şayiədir: "Koronavirus xətəliyi ilə əlaqədar ərazidə olan paltar satış yerləri bir-birinə yaxın idi və araları çadırlarla kəsilmişdi. Karantin vaxtı satıcıların çoxu da işə çıxmırdı. Həmin vaxt boş əraziləri yanğından və vurusdan qorumaq üçün çadırları və digər şeyləri söküb təmizləydik. Bazar bağlanmayıb, öz fəaliyyətin davam etdirir. Təmizlənmə işləri təxminən 200 kv metr ərazini əhatə edir. Hər həftə üç dəfə bazarda dezinfeksiya işləri aparılır".

© Sputnik / Irade JELILNəsimi bazarında vəziyyət
Köhnə Bakının yadigarlarından birinin aqibəti necə olacaq? - Reportaj - Sputnik Azərbaycan
Nəsimi bazarında vəziyyət

Bazar səlahiyyətlisi bazarın söküləcəyi barədə məlumatı təkzib etsə də, bazarda çalışanlar bunun əksini söyləyir. Satıcılar Sputnik Azərbaycan-a bildirdilər ki, hazırda bazarın rəhbərliyi bazarın "Yaşıl Bazar" kimi təmir edilərək görkəmini dəyişdirmək üçün danışıqlar aparır. Amma bazar rəhbərliyi burada çalışanlara bu barədə rəsmi heç bir məlumat verməyib. 

Məlumat üçün bildirək ki, “Nəsimi” bazarı"nda hazırda 80-ə yaxın satıcı çalışır.

© Sputnik / Irade JELILNəsimi bazarında vəziyyət
Köhnə Bakının yadigarlarından birinin aqibəti necə olacaq? - Reportaj - Sputnik Azərbaycan
Nəsimi bazarında vəziyyət

Qeyd edək ki, hazırda bazarın bir hissəsində piştaxtalar sökülsə də, digər hissəsində alış-veriş davam edir. Binanın yanında pilot layihə çərçivəsində yaşayış binasının da tikintisi həyata keçirilir. Tikinti şirkətinin nümayəndəsi Murad Rzayev bildiridi ki, "Nəsimi bazarı"nın sökülməsi üçün bazar rəhbərliyi ilə danışıqlar aparılır. Hazırda danışıqlar son mərhələdir. Əgər razılıq əldə olunsa bir neçə aya bazarın sökülməsi reallaşa bilər. Qeyd edək ki, artıq bazarın yanında üç yeni yaşayış binası tikilir.

© Sputnik / Irade JELILNəsimi bazarında vəziyyət
Köhnə Bakının yadigarlarından birinin aqibəti necə olacaq? - Reportaj - Sputnik Azərbaycan
Nəsimi bazarında vəziyyət

Danışılanlardan belə məlum oldu ki, 1967-ci ildən fəaliyyət göstərən binanın sökülməsi yaxın aylarda qətiləşə bilər.

Xəbər lenti
0