Dünyanın ən məşhur çempionatlarından biri başlayır

© AP Photo / Manu FernandezМариано Диас, фото из архива
Мариано Диас, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Çempionatın iyunun 12-də bərpa olunacağını bir neçə gün əvvəl La Liqanın prezidenti Xavyer Tebas açıqlamışdı.

BAKI, 22 may — Sputnik. Koronavirus pandemiyasına görə dayandırılan La Liqanın hansı oyunla bərpa olunacağı müəyyənləşib. Sputnik Azərbaycan xəbər verir ki, çempionat Əndəlüs derbisi ilə davam etdiriləcək. Artıq iyunun 12-də "Sevilya"nın "Betis"i qəbul edəcəyi məlum olub. 28-ci turun digər matçlarının təqvimi isə mayın 28-də açıqlanacaq. Qarşılaşmalar azarkeşsiz keçiriləcək. Çempionatın iyunun 12-də bərpa olunacağını bir neçə gün əvvəl La Liqanın prezidenti Xavyer Tebas açıqlamışdı.

Qeyd edək ki, İspaniya La Liqası məlum pandemiya ilə əlaqədar olaraq martın 10-dan təxirə salınmışdı.

Xəbər lenti
0