CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çində COVID-19-a qarşı beş vaksin sınaqdan keçirilib: Nəticələr sevindiricidir

© REUTERS / ALY SONGСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Çin 2575 könüllü üzərində koronavirusa qarşı beş müxtəlif vaksini uğurla sınaqdan keçirib. Klinik sınaqlar iyulda başa çatacaq.

BAKI, 16 may — Sputnik. Çin 2575 könüllü üzərində koronavirusa qarşı beş müxtəlif vaksinin uğurla sınaqdan keçirildiyini bildirib. RİA Novosti xəbər verir ki, səhiyyə məsələləri üzrə Dövlət Komitəsi sədrinin müavini Tszen İsin bildirib ki, növbəti tədqiqatlar uğurlu olarsa, klinik sınaqların ikinci mərhələsi artıq iyulda başa çatacaq.

"Hal-hazırda adenovirus vektoruna əsaslanan bir rekombinat vaksinimiz və dörd inaktiv vaksinimiz var", - deyə o bildirib. Bütün vaksinlərin qida və dərman vasitələrinə nəzarət üzrə Dövlət İdarəsi tərəfindən təsdiq edildiyi dəqiqləşdirilir.

Bundan əlavə, kəşflər təhlükəsiz kimi tanınır. Alimlər artıq sınaqdan keçmiş antikorların uğurlu təkmilləşməsi barədə məlumatlar alırlar. Könüllülərdə də heç bir yan təsir göstərilməyib.

Con Hopkins Universitetinin məlumatına görə, koronavirusun Çin ərazisində yayıldığı dövrdə orada 84 mindən artıq insan yoluxub. Bununla yanaşı, 4,6 mindən çox yoluxma halı ölümlə nəticələnib.

Çində COVİD-19 epidemiyası digər ölkələrdən əvvəl ortaya çıxsa da, hal-hazırda virusun episentri olan Hubey əyalətində demək olar ki, sakitçilikdir. Burada uzun müddət fasilədən sonra ilk dəfə 1 yoluxma halı qeydə alınıb. Bölgənin səhiyyə məsələləri Komitəsində bildiriblər ki, yoluxmuş şəxs ağır vəziyyətdədir.

 

Xəbər lenti
0