Koronavirusla mübarizə davam edir, daha bir psixoloji rəqəm keçildi

© REUTERS / BRENDAN MCDERMIDСитуация в связи с эпидемиологической обстановкой в США
Ситуация в связи с эпидемиологической обстановкой в США - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 443 min 397 nəfərə çatıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan 

BAKI, 16 may — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 4 543 297-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 307 735 nəfər vəfat edib, 1 637 112 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 443 min 397 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 262 843 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0